Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşmədən qəbul olunanlar üçün qeydiyyat prosesi davam edir. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, namizədlər  https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. 
 
Elektron sistem üzrə qeydiyyat 3 oktyabr saat 18:00-da yekunlaşacaq. 
 
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.