Füzuli rayonu Qarabağ kənd tam orta məktəbinin direktor müavini Elşən Həmidov şagirdlərdən birini xəsarət almaqdan son anda xilas edib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, hadisə anı məktəbin təhlükəsizlik kamerasına düşüb.
 
Görüntülərdən məlum olur ki, Elşən Həmidov müəllim həmkarları ilə söhbət edərkən, şagirdlərdən biri digərini itələyib, şagird yıxılarkən müəllim son anda onu tuta bilib.
 
Müəllimin bu diqqətli davranışı sosial şəbəkələrdə paylaşılıb.
 
Sözügedən görüntünü təqdim edirik: