Bakı Dövlət Universitetinin (BDU) “ESST-6” komandası “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsində III yerə layiq görülüb.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, “ESST-6” komandası festivalın finalında “Aqrar texnologiyalar” kateqoriyasında “E-tarım sulama” layihəsi ilə təmsil olunub.
 
Layihə kiçik miqdarda maliyyə sərf etməklə yüksəkkeyfiyyətli ağıllı suvarma texnologiyasının yaradılmasına yönəlib. Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətli, kənd təsərrüfatı sahəsində çalışanları daha yüksək məhsuldarlıqla təmin etməkdir.
 
 
Qeyd edək ki, “TEKNOFEST-2024”ün finalında 1270 komanda, 6514 finalçı yarışıb.
 
 
“TEKNOFEST-2024” qaliblərinin mükafatlanma mərasimi 2-6 oktyabr tarixlərində Adana Şakitpaşa hava limanında keçiriləcək.