Müstəqillik dövründən bu yana ilk dəfədir ki, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində 205 qadın təhsil almağa başlayıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə peşə təhsili müəssisəsindən məlumat verilib.
 
Mərkəzin direktoru Afər Kərimov açıqlamasında bildirib ki, peşə təhsili müəssisəsində təhsilalanların coğrafiyası böyükdür: "Azərbaycanın müxtəlif regionlarından bura təhsil almağa gələnlər var. Mərkəzimizdə çox savadlı mühəndis pedaqoji heyət formalaşıb. Bu ildən bir neçə yeni ixtisaslarımız da açılıb. Yüksək Texniki Peşə Təhsili üzrə 2 ixtisas, daha sonra, kombi və kondisioner ustası, geyim üzrə dizayner, bərbər, vizajist-manikürçü, dərzi, qida və içki üzrə nəzarətçi kimi dövrün və regionun tələbatına uyğun yeni ixtisaslar yaradılıb".
 
Qeyd edək ki, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində 26 ixtisas, 34 qrup üzrə ümumilikdə 631 tələbə təhsil alır.
 
Nilufər HACILI;
Lənkəran-Astara üzrə regional təmsilçi