17-20 sentyabr tarixlərində Mersin şəhərində keçirilən "Teknofest" yarışının "İnsansız su altı sistemləri"  üzrə qaliblərindən biri Həmid Məmmədlidir. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, qalib komandanın hazırladığı layihə "Təməl" kateqoriyası üzrə I yerə layiq görülərək "Ən özgün tasarım" mükafatına layiq görülüb.
 
"Teknofest" də iştirak edib, uğur qazanan Həmidin özü ilə əlaqə saxladıq. O, təəssüratlarını bizimlə bölüşüb:
 
"451 finalçının olduğu yarışda mən və komanda yoldaşım Toğrul Abbasın hazırladığı layihənin birinci yerə çıxması böyük uğurdur. Biz onun üzərində 9 ay işləmişdik.. 2-6 oktyabr tarixlərində isə Adanaya gedəcəyik, orada "Teknofest" in həm festival, həm də mükafatlandırma mərhələsi olacaq. "
 
Məlumat üçün bildirək ki, Həmid Qubadlı rayon Mərdanlı kənd C. Həşimov adına tam orta məktəbin Xl sinfində təhsil alır. 
 
Biz də Həmidi təbrik edir, ona bol uğurlar arzulayırıq.
 
Rəmziyyə HƏSƏNOVA;
Qarabağ və Şərqi Zəngəzur üzrə regional təmsilçi