İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzi və “Holcim Azərbaycan” MMC-nin birgə təşkilatçılığı ilə "Usta Mənəm!” müsabiqəsinin növbəti seçim mərhələsinə start verilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Sumqayıt şəhərində təşkil olunan müsabiqənin açılış mərasimində Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov iştirak edib. B.Əzimov bu cür müsabiqələrin peşəkar ustaların öz bacarıqlarını nümayiş etdirməsi üçün önəmli platforma olduğunu və peşə təhsilinə olan marağın artmasına təkan verəcəyini bildirib.