Özbəkistanda səfərdə olan Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının ictimaiyyətlə əlaqələr və mətbuat xidmətlərinin nümayəndələri Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində olublar.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Agentliyin iş prinsipləri, strateji hədəfləri, fəaliyyət istiqamətləri və mexanizmi, ölkənin media siyasətinin formalaşdırılmasında rolu, prioritetləri və gördüyü işlər barədə Azərbaycan nümayəndə heyətinə geniş təqdimat edilib.
 
Bununla yanaşı, hər bir nümayəndə ayrı-ayrılıqda Özbəkistandakı tərəfdaş nazirlik və idarələrin fəaliyyətləri ilə tanış olub, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, kommunikasiya sahəsində ən son tendensiyaların və qabaqcıl təcrübələrin öyrənilməsi, effektiv ünsiyyətin qurulması barədə müzakirələr aparılıb.