Ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması məqsədi ilə Lənkəran Şəhər Təhsil Şöbəsinin tabeliyində olan məktəblərin ərazisində ağacəkmə kampaniyası həyata keçirilib.

 

Təhsil şöbəsindən aldığımız  məlumata görə, şəhər 2, 10 nömrəli, Hirkan qəsəbə, Şürük, Parakənd kənd tam orta məktəblərinin və şəhər təhsil şöbəsinin həyətində 500-dən çox ağac əkilib.

 

Tədbirdə Lənkəran Dövlət Universitetinin tələbələri də yaxından iştirak ediblər.