Professor-müəllim heyətinin tədris işi vaxtı norması Elm və Təhsil Nazirliyinin Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli KQ-12 nömrəli "Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydalarının, professor-müəllim heyətinin tədris işi vaxtı normasının təsdiq edilməsi və “Orta ixtisas təhsili müəssisələrinin müəllim heyətinin tədris işi üçün vaxt normaları barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2004-cü il 16 aprel tarixli 325 nömrəli əmrinin ləğv edilməsi haqqında Qərarı ilə təsdiq edilib.
"Azərbaycan müəllimi" müvafiq qərara istinadla Azərbaycanın təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı normasını təqdim edir.
Professor-müəllim heyətinin tədris işi vaxtı norması
Professor-müəllim heyətinin fərdi iş və illik işçi tədris planları
Professor-müəllim heyətinin hər tədris ili üçün fərdi iş planı və illik işçi tədris planı tərtib edilməlidir. İllik işçi tədris planı professor-müəllim heyətinin tədris etdiyi fənlərə, laboratoriya işlərinə və digər fəaliyyət növlərinə ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzrə tələbələrin sayını özündə əks etdirən sənəddir. Fərdi iş planına isə professor-müəllim heyətinin cari tədris ili üçün planlaşdırılmış tədris yükü (miqdarı saatla), elmi tədqiqat, elmi-metodiki və digər işləri daxil edilir.
Fərdi iş planı və illik işçi tədris planı kafedra müdiri (fənn birləşmə komissiyasının rəhbəri) tərəfindən tədris ilinin əvvəlində təsdiq edilir. Hər iki planın yerinə yetirilməsinə professor-müəllim heyətinin hər bir üzvi şəxsən cavabdehlik daşıyır. İllik işçi tədris planına işçinin razılığı əsasında kafedra müdirinin (fənn birləşmə komissiyasının rəhbərinin) qərarı ilə qış tətili müddətində dəyişiklik edilə bilər. Tədris ilinin sonunda professor-müəllim heyətinin hər bir üzvünün illik işçi tədris planında onun icrası haqqında müvafiq qeydlər aparılır.
|
|
“Professor-müəllim heyətinin tədris işi vaxtı norması”na Əlavə |
|
№ |
Tədris işinin növləri |
Tədris işi vaxtı norması |
Qeyd
|
Auditoriya saatları |
|||
1 |
Qrup (yarımqrup, qrup birləşmə) dərsləri |
1 akademik saat üçün 1 qrupa (qrup birləşməsinə)1 1 saat |
|
2 |
Fərdi dərslər |
1 akademik saat üçün 1 tələbəyə 1 saat |
|
3 |
Əməli dərslər |
1 akademik saat üçün 1 əməli qrupa 1 saat |
|
4 |
Təhsil müəssisəsindən kənarda keçirilən tematik dərslər |
1 akademik saat üçün 1 qrup (yarımqrup)1 üçün 1 saat |
|
5 |
Laboratoriya işlərinin aparılması |
1 akademik saat üçün 1 qrupa (yarımqrupa)1 1 saat |
|
6 |
Tədris təcrübəsinə rəhbərlik, hesabatın yoxlanılması və qəbulu |
1 iş həftəsinə hər qrup1 üçün 5-10 saat |
|
7 |
Doktorantlara və dissertantlara rəhbərlik |
1 doktorant (dissertant)2 üçün hər ilə 80 saat |
|
8 |
Elmlər doktoruna rəhbərlik (elmi məsləhətçi) |
1 doktorant2 üçün hər ilə 40 saat |
|
Auditoriyadan kənar saatlar |
|||
1 |
Şifahi imtahanların qəbulu, yazılı imtahanların yoxlanılması (test vasitəsi ilə keçirilən imtahanlar istisna olmaqla) |
1 tələbə üçün 15-20 dəqiqədən çox olmamaqla |
təhsil müəssisəsinin ali idarəetmə orqanının qərarı əsasında ayrılır |
2 |
İmtahan suallarının (o cümlədən testlərin) hazırlanması |
Hər fənn üzrə hər müəllimə 5 saat |
təhsil müəssisəsinin ali idarəetmə orqanının qərarı əsasında ayrılır, test imtahanları üçün sual bankını hazırlayan hər müəllimə, eyni müəllim eyni fənni bir neçə qrupda tədris edirsə yalnız bir qrupa görə |
3 |
Doktoranturaya qəbul zamanı ixtisas üzrə imtahanın və fəlsəfə doktoru imtahanlarının qəbulu |
İmtahan qəbul edən hər müəllimə3 hər fənn üçün 1 nəfərə 1 saat |
|
4 |
Buraxılış işinə rəhbərlik, məsləhət və rəy yazılması |
Rəhbərə4 hər tələbəyə görə 20-30 saat. |
|
5 |
Magistr dissertasiyasına (magistr yaradıcılıq işinin hazırlanmasına) rəhbərlik, məsləhət və rəy yazılması |
Rəhbərə4 hər tələbəyə görə 40-60 saat (hər il üçün) |
|
6 |
Magistratura səviyyəsində elmi-pedaqoji təcrübəyə rəhbərlik |
Hər tələbə üçün 10 saat |
|
7 |
Magistratura səviyyəsində elmi tədqiqat təcrübəsi5 |
Hər tələbə üçün 12 saat |
|
8 |
İstehsalat və diplomqabağı təcrübəyə rəhbərlik, hesabatın yoxlanılması və qəbulu |
Hər iş həftəsinə hər qrup1 üçün 3-5 saat |
ezamiyyə tələb olunduqda ezamiyyə xərcləri təhsil müəssisəsi tərəfindən əlavə ödənilir |
9 |
İmtahanqabağı məsləhətlərin aparılması |
1 qrup (yarımqrup) üçün 1 saat |
təhsil müəssisəsinin ali idarəetmə orqanının qərarına əsasən ayrılır |
Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.42-1-ci maddəsinə uyğun olaraq hazırlanıb. Təhsil müəssisəsinin professor-müəllim heyətinin tədris işi vaxtı norması tədris işinin həcmi və növü, tədris qruplarının fənlər üzrə formalaşdırılması xüsusiyyətləri, tədrisdə, elmi-metodiki və ya metodiki işdə iştirakı, tədrisin xüsusiyyəti, həmçinin bu və ya digər iş növünün daha səmərəli yerinə yetirilməsində onların fərdi bacarıqları, eləcə də təhsil alan kontingent (tələbələr, doktorantlar, dinləyicilər) nəzərə alınmaqla müəyyənləşdirilir.
Vaqif FƏTULLAYEV