Gənc Xarici Dil Müəllimləri Birliyi təşkilatçılığı ilə  ARTİ-nin əməkdaşı, təlimçi Tahir Haşimi tərəfindən “Effektiv təlim metodları: Müasir yanaşmalar” mövzusu üzrə təlim baş tutub. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, təlimdə Cəlilabad rayonu üzrə müxtəlif məktəblərin 35-dən çox xarici dil müəllimi iştirak edib.
 
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi və Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova təhsilverənlərin sertifikasiya imtahanında uğur qazanan müəllimlərin müsahibə mərhələsi üzrə öz tövsiyələrini verib, suallarını cavablandırıb. 
 
Təlimin sonunda aktiv iştirak edən müəllimlərə kitab hədiyyə edilib.
 
Nilufər HACILI,
Lənkəran-Astara üzrə regional təmsilçi