Sumqayıt Dövlət Universitetinin (SDU) kafedralarına yeni müdirlər seçilib.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, Xəyalə Seyfullayeva Riyazi analiz və difetensial tənliklər kafedrasına, Tünzalə Babayeva isə Kimya mühəndisliyi və ekologiya kafedrasına müdir vəzifəsinə təyin olunublar.
 
Qeyd edək ki, Xəyalə Seyfullayeva 2001-ci ildə Astara Pedaqoji Texnikumunu, 2006-cı ildə Sumqayıt Dövlət Universitetini fərqlənmə ilə bitirib. 2017-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 2021-ci ildən isə elmlər doktoru proqramında təhsilini davam etdirir. 2006-cı ildən SDU-da laborant, müəllim, dosent kimi çalışıb. O, 50-dən çox məqalə, 2 dərs vəsaiti və 5 fənn proqramı müəllifidir.
 
Tünzalə Babayeva 2008-ci ildə ADPU-da bakalavr, 2011-ci ildə Azərbaycan Texniki Universitetini isə magistr dərəcəsi ilə bitirib. 2022-ci ildə aqrar elmləri üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 2012-ci ildən SDU-da çalışır. Həmçinin 2023-cü ildə Elm Fondunun qrant qalibi olub.