Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi artırılıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
 
Qərara əsasən, Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 210 ştat vahidi olub.
 
Qeyd edək ki, bundan əvvəl nazirliyin aparatının işçilərinin say həddi 180 ştat vahidi təşkil edirdi.
 
Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.