Paytaxt Bakı şəhərində yeniyetmə və gənclər arasında keçirilən VII Robot Olimpiadasına yekun vurulub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Dünya Robot Olimpiadası Assosiasiyasının və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən olimpiadada  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzinin 6 şagird və 3 mentordan ibarət komandaları iştirak edib.
 
Yarışın yekun nəticəsinə əsasən Mərkəzin ROGER adlı komandası "RoboSports" kateqoriyası üzrə 3-cü yerin qalibi olub. Qeyd edək ki, komandanın üzvləri - Tayfun İmanlı,  Məhəmmədəli Məmmədov və Ələkbər Əliyevdir.