Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə yenidən təşkil olunan "Muğan" liseyi texniki və humanitar təmayül istiqamətləri üzrə fəaliyyət göstərir.
Bu barədə Regional İdarədən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq məlumat verilib.
Qeyd olunub ki, cari tədris ilindən yalnız tam orta təhsil səviyyəsi üzrə xüsusiləşdirilmiş təhsil imkanları təqdim edən "Muğan" liseyində hazırda 30 şagird təhsil alır. Liseyə qəbul şagirdlərin buraxılış imtahanı nəticəsinə görə aparılıb.
Vurğulanıb ki, liseydə təhsil alan şagirdlər arasında buraxılış imtahanında ən yüksək balı - 284 bal Nuridə Dadaşlı toplayıb.
Hazırda təhsil müəssisəsində 12 müəllim çalışır. Məktəb 6 günlük əsasda fəaliyyət göstərir. Günün birinci yarısında şagirdlərin akademik istiqamətləri üzrə proseslər, ikinci yarısında isə öyrədilmiş yeni mövzuların dərinləşdirilməsi, asudə vaxtlarının səmərəli təşkili həyata keçirilir.
Tural NƏSİROV,
Şirvan-Salyan üzrə regional təmsilçi