2024-2025-ci tədris ilində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin sayı açıqlanıb. 
 
Regional təhsil idarəsindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, 26 məktəbdə yeni tədris ilində 45 sinif peşə yönümlü təşkil olunub. 
 
Bu siniflərdə ümumilikdə 830 şagird təhsil alır. 
 
10 və 11-ci sinifləri əhatə edən bu layihədə təhsil alan şagirdlər ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun həm nəzəri, həm də praktiki dərslər keçirlər. 


Tural NƏSİROV,
Şirvan-Salyan üzrə regional təmsilçi