Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbə könüllüləri Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncəçayı ərazisində ekoloji aksiya keçiriblər.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, aksiya zamanı ATU könüllüləri çay yatağını məişət tullantılarından təmizləyiblər.
Ekoloji aksiya "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunub.