Heydər Əliyev Fondunun dəstəyi ilə inşa və təmir edilən daha 5 məktəb binası istifadəyə verilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.
 
"Heydər Əliyev Fondunun ölkənin təhsil sisteminə növbəti töhfəsi. Fondun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində inşa və təmir edilən təhsil müəssisələrinin açılışları davam edir. Bütün məktəblilərə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram! 16.09.2024", - deyə paylaşımda bildirilib.
 
Qeyd edək ki, yeni tikilən və təmir edilən məktəblər Ağstafa rayonu Zəlimxan kənd tam orta məktəb, Biləsuvar rayonu Bəydili kənd tam orta məktəb, Xaçmaz rayonu İstisu qəsəbə tam orta məktəb, İmiş rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəb və Saatlı rayonu Günəşli kənd ümumi orta məktəbidir.