Qazax-Tovuz Regional Təhsil İdarəsində ilk dərs günü sevinclə qarşılanıb. 2024-2025 tədris ili üzrə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümumillikdə 92 276 nəfər şagird yeni dərs ilinə başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, respublikanın bütün regionlarında, o cümlədən də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində Bilik Günü böyük izdihamla qeyd olunub.
Qeyd edək ki, 7 555 nəfər uşaq birinci sinifə ilk addımlarını atıblar. Bunlardan Ağstafa rayonu üzrə 916 nəfər, Gədəbəy rayonu üzrə 638 nəfər, Qazax rayonu üzrə 1086 nəfər, Şəmkir rayonu üzrə 3024 nəfər, Tovuz rayonu üzrə isə 1891 nəfər 1-ci sinif şagirdəri təşkil edir.
Həmçinin, ümumillikdə 9269 nəfər 9-cu sinifə, 6567 nəfər 11-ci sinifə başlayıb.
Ağstafa rayonu üzrə 1120 nəfər, Gədəbəy rayonu üzrə 896 nəfər, Qazax rayonu üzrə 1250 nəfər, Şəmkir rayonu üzrə 3513 nəfər, Tovuz rayonu üzrə isə 2490 nəfər 9-cu sinif şagirdidir. 11-ci sinif üzrə Ağstafa-829, Gədəbəy-657, Qazax-899, Şəmkir-2432, Tovuz-1750 nəfər şagird yeni tədris ilinə tədrisə başlayıb. Bununla yanaşı, Ağstafa rayonunda 38, Gədəbəy rayonunda 79, Qazax rayonunda 40, Şəmkir rayonunda 75, Tovuz rayonunda isə 81 təhsil müəssisəsi fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, 15 307 nəfər pedaqoji heyət fəaliyyət göstərir. 366 nəfər müəllim isə işə qəbul olunub.
Aişə MƏMMƏDOVA,
Aişə MƏMMƏDOVA,
Qazax-Tovuz üzrə regional təmsilçi