Yaxın günlərdə Naxçıvanda iki məktəbdənkənar müəssisənin açılışı baş tutacaq.
 
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
 
O bildirib ki, muxtar respublikada məktəblər yeni dərs ilinə tam hazırdır. 
 
"Biz inanırıq ki, ötən tədris ilinin uğurları yeni tədris ili üçün bir motivasiya olacaq. Qeyd edim ki, bu gün Şərur rayonunun Təzəkənd kənd ümumi orta məktəbini təmirdən sonra istifadəyə verdik. Eyni zamanda yaxın günlərdə iki məktəbdənkənar müəssisənin açılışını edəcəyik. Bütün bunlar hamısı ölkə rəhbərliyinin təhsilə, təhsil infrastrukturunun yaxşılaşdırılmasına və şagird nailiyyətlərinin, tədris fəaliyyətinin peşəkar qurulmasına göstərdiyi dəstəkdir. Qeyd edim ki, hazırda Naxçıvan Muxtar Respublikasında 3800-ə yaxın birinci sinifə qəbulumuz, 3200-ə yaxın isə  məktəbəhazırlıq qruplarına qəbulumuz həyata keçirilir. Bütün şagirdlərə yeni tədris ilində uğurlar arzulayıram!"
 
Aygün HÜSEYN,
Naxçıvan bürosu