Heydər Əliyev Fondunun dəstəyi, Elm və Təhsil Nazirliyinin xətti ilə məktəblərin 80 faizi yenilənib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə Bilik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
 
Nazir müavini bildirilib ki, yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib.
 
"Ümumilikdə 83 məktəbin tikintisi davam edir, 37 məktəbin lahiyələndirilməsi həyata keçirilib, 670-dən artıq məktəb təmir edilib", - deyə nazir müavini qeyd edib.