2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində 52 mindən artıq şagird təhsil alacaq.
Bu barədə "Azərbaycan müəllimi"nə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda 3797 uşaq birinci sinfə gedəcək, 3171 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.
Qeyd edək ki, bu tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.