Sumqayıt şəhər Adil İbrahimov adına 14 nömrəli tam orta məktəbdə mövcud vəziyyət ilə əlaqədar sanitar nəzarəti gücləndirmək məqsədilə məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib, eyni zamanda sanitariya nəzarəti qurumlarına yenidən müraciət olunaraq dünən və bu gün ərzində təhsil müəssisəsində növbəti dəfə dezinfeksiya və dərmanlama işləri aparılılıb.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

 

Qeyd olunub ki, dezinfeksiya ilə əlaqədar olaraq məktəbin ibtidai siniflərin tədrisi üçün nəzərdə tutulan korpusu müvəqqəti olaraq əsas binaya köçürülüb.

 

Aidiyyəti sanitariya qurumu tərəfindən tədris müəssisəsinin dezinfeksiya işləri tamamlandıqdan sonra kiçik tədris korpusunun yeni tədris ilinə tam hazırlıqlı vəziyyətdə olması ilə bağlı sənəd təqdim olunacaq.

 

Qeyd edək ki, mətbuatda məktəbi bit-birə basdığına dair məlumat yayımlanmışdı.