Lənkəran rayonu üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin II, V və VI sinif rəhbərləri ilə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən silsilə mülki müdafiə kursları keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, kursların keçirilməsində əsas məqsəd mülki müdafiə, o cümlədən fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydaları barədə müvafiq biliklərin verilməsi, kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub. 
 
Tədbir zamanı kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış, fərdi və kollektiv mühafizə vasitələrindən, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib.
 
Nilufər HACILI,
Lənkəran-Astara üzrə regional təmsilçisi