Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ilin ali təhsil müəssisələrinə qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladlarını mükafatlandıracaq. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsindən bildirilib.  
 
Qeyd olunub ki, ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarına uyğun olaraq, qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladlarının hər birinə 200 (iki yüz) manat məbləğində pul mükafatı veriləcək. 
 
Məlumat üçün bildirək ki, 2024-cü ilin ali məktəblərə qəbul imtahanlarında ümumilikdə 3228 nəfər abituriyent 600-dən yuxarı bal toplayıb. Onlardan 463 nəfəri həmkarlar ittifaqı üzvü olan təhsil işçilərinin övladlarıdır.
 
Samirə KƏRİMOVA