Regionda ilk dəfə “Times Higher Education” şirkətinin tədbiri keçirilir. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu "Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə" mövzusunda keçirilən forumda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib. 
 
Onun sözlərinə görə, bu forum noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinin mövzusunu da əhatə edir: “Bu həm də COP29-a hazırlıq platformasıdır. Bu tədbirdə iqlim dətyişikliyi üzrə müxtəlif ekspertlər iştirak edir. 
 
Biz iqlim dəyişikliyinin təhsillə inteqrasiyasını müzakirə edirik. Belə qənaətə gəlmişik ki, iqlim dəyişikliyi mövzusu bütün təhsil sənədlərində öz əksini tapmalıdır. Bunun bir nümunəsi kimi Fransa-Azərbaycan Universitetində bakalavr və magistratura dərəcəsində yeni açılacaq ixtisaslar və oradakı proqramların iqlim dəyişikliyi ilə əlaqələndirilməsini misal göstərə bilərik”.
 

Günel ABBAS