Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

 
Təbrikdə deyilir: 
 
"Azərbaycan müəllimi" qəzeti keçdiyi uzun və şərəfli yolda təhsil işçilərinin, müəllim və şagirdlərin, həmçinin cəmiyyətimizin geniş təbəqələrinin maarifləndirilməsində, milli dəyərlərin təbliğində və təhsil sisteminin inkişafında böyük rol oynamışdır. "Azərbaycan müəllimi" qəzeti keçən 90 il ərzində ölkəmizdə təhsilin və mədəniyyətin yüksəlməsi üçün yüksək peşəkarlığı ilə seçilmiş, maarifpərvər ideyaları ilə insanlarımızı ruhlandırmışdır.
 
"Azərbaycan müəllimi" qəzetinin gələcəkdə də milli təhsilimizin inkişafında aparıcı rolunu qoruyub saxlayacağına və hər zaman xalqımızın maarifləndirilməsində öncüllüyünü davam etdirəcəyinə inanır, 90 illik yubiley münasibətilə Sizi və qəzetin redaksiya heyətini təbrik edir, yorulmaz fəaliyyətinizdə uğurlar arzu edirəm.