Bu il müəllimlərin işə qəbulu (MİQ) yolu ilə 431 müəllim Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən işlə təmin olunub və proses davam edir.
 
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq regional təhsil idarəsindən məlumat verilib.
 
Həmçinin qeyd olunub ki, 2023-2024-cü tədris ilində 13 direktor, 437 müəllim ümumi təhsil müəssisələrində, 11 tərbiyəçi-müəllim isə məktəbəqədər təhsil müəssisələrində işlə təmin olunub.
 
Tural NƏSİROV,
Şirvan-Salyan üzrə regional təmsilçi