Süni intellekt (Sİ) son illərdə sürətlə inkişaf edən bir sahədir və bu inkişaf bəşəriyyətin müxtəlif aspektlərinə dərin təsir göstərir. Sİ-nin imkanları və riskləri arasında balans tapmaq, fikrimcə, müasir cəmiyyətin qarşısında duran ən vacib məsələlərdən biridir.
Sİ bəşəriyyət üçün həm imkanlar, həm də risklər təqdim edir. Onun potensialı, məsələn, təhsildə, tibbdə və ya iqtisadiyyatda inqilabi dəyişikliklər yaratmaqdır. Bununla yanaşı, Sİ-nin inkişafı və tətbiqi ilə bağlı etik, təhlükəsizlik və işsizlik kimi məsələlər də mövcuddur.
Bəzi mütəxəssislər Sİ-nin bəşəriyyət üçün təhlükə yarada biləcəyini düşünür, xüsusilə də, onun nəzarət altına alınmadığı və ya yanlış məqsədlər üçün istifadə edildiyi hallarda (məsələn, avtomatlaşdırma iş yerlərinin itirilməsinə səbəb ola bilər, ya da Sİ-nin yanlış məlumat yayması) cəmiyyətə zərər verə bilər.
Digər tərəfdən, Sİ-nin düzgün və məsuliyyətli şəkildə inkişaf etdirilməsi və istifadəsi, bəşəriyyətin həyatını yaxşılaşdırmaq üçün geniş imkanlar təqdim edir. Bu səbəbdən, Sİ-nin təhlükə olub-olmaması, onun necə idarə edildiyinə və tətbiq edildiyinə bağlıdır. Mühüm olan, etik standartların və tənzimləmələrin yaradılmasıdır ki, Sİ-nin faydaları maksimuma çatdırılsın, riskləri isə minimuma endirilsin.
Sİ-nin bəşəriyyətə olan təsirlərini daha geniş şəkildə birgə araşdıracağıq.
Süni intellektin imkanları
- fərdi öyrənmə təcrübələrini inkişaf etdirərək təhsildə inqilab edir. Sİ sistemləri, tələbələrin öyrənmə tərzini analiz edərək onlara uyğun materiallar təqdim edə bilir. Bu, təhsilin daha effektiv olmasına kömək edir.
- tibbi diaqnostika və müalicə proseslərini inqilab edir. Məsələn, Sİ sistemləri, xəstəliklərin erkən aşkar edilməsi üçün tibbi görüntüləri analiz edə bilir. Bu, həkimlərin daha dəqiq qərarlar verməsinə və xəstələrin daha sürətli müalicə olunmasına kömək edir.
- istehsal proseslərini avtomatlaşdıraraq məhsuldarlığı artırır. Bu, istehsal xərclərini azaldır və məhsulun keyfiyyətini yüksəldir. Eyni zamanda, Sİ-nin tətbiqi yeni iş imkanları yarada bilər, çünki yeni texnologiyaların inkişafı yeni sahələrdə mütəxəssislərə ehtiyac yaradır.
- hərbi sahədə tez bir vaxtda hədəfin növbəti hərəkətini öncədən proqnozlaşdırır və dəqiq nəticələr əldə edir.
- gündəlik həyatımızı asanlaşdıran bir çox tətbiqlərdən istifadə olunur. Məsələn, ağıllı ev sistemləri, avtomatik nəqliyyat vasitələri və şəxsi köməkçilər (məsələn, Siri, Alexa, Alisa və s.) insanların həyatını daha rahat edir.
Süni intellektin riskləri
- Sİ-nin avtomatlaşdırma qabiliyyəti, bəzi sahələrdə iş yerlərinin kütləvi ixtisarına səbəb ola bilər. Xüsusilə, aşağı ixtisaslı işçilər üçün bu, ciddi bir problem yarada bilər. İşsizlik, sosial narazılığa və iqtisadi qeyri-sabitliyə yol aça bilər.
- Sİ-nin qərar vermə prosesləri bəzən qeyri-şəffaf ola bilər. Məsələn, Sİ sistemlərinin cinsi, irqi və ya digər diskriminasiya formalarına yol verməsi mümkündür. Bu, cəmiyyətin ədalət anlayışını zədələyə bilər.
- Sİ sistemləri, kiber hücumlar və digər təhlükələrə qarşı həssasdır. Elektron məlumatların oğurlanması və ya Sİ-nin zərərli məqsədlər üçün istifadə edilməsi, ciddi təhlükəsizlik problemlərinə yol aça bilər.
Sİ-nin inkişafı, onun necə idarə olunacağına dair suallar yaradır. Sİ sistemlərinin düzgün tənzimlənməsi və etik standartların yaradılması, bu texnologiyanın təhlükəsiz və məsuliyyətli şəkildə istifadəsi üçün vacibdir.
Mühüm olan, Sİ-nin faydalarını maksimuma çatdırmaq və risklərini minimuma endirməkdir. Fikrimcə, bəşəriyyətin gələcəyi, Sİ-nin necə idarə olunmasından asılı olacaq.
Mehman ŞƏFAQƏTOV
İKT mütəxəssisi