5-10 sentyabr 2024-cü il tarixində ölkə ərazisində ənənəvi olaraq təşkil olunan “Təhsil işçilərinin sentyabr konfransları” uğurla başa çatıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat yayıb.
 
Bu il keçirilən tədbirlər sadəcə inzibati hissə ilə məhdudlaşmayıb, həm də müxtəlif tədris-metodiki seminarlar və öyrədici müzakirələrlə təşkil olunub.
 
Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə konfrans çərçivəsində müxtəlif regionlarda çalışan müəllimlər üçün bir sıra tədris-metodiki seminarlar təşkil olunub. Bu seminarlar çərçivəsində “Oxuyub-anlama dərslərinin təşkil edilməsi”, “Riyazi bacarıqların həyatda tətbiqi”, “Təkmilləşdirilmiş riyaziyyat kurikulumu” kimi mövzular üzrə müzakirələr aparılıb və müəllimlərə yeni təlim metodları öyrədilib.
 
Seminarların məqsədi müəllimlərin bilik və bacarıqlarının artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir tələblərə uyğunlaşdırılmasını təmin etməkdir.