Noyabrın 21-də təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb.
Görüş zamanı Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və bu sahədə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.