2024-2025-ci tədris ili üçün Naxçıvanda təhsilin inkişafı üçün prioritet hədəflər müəyyənləşdirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
 
O bildirib ki, Naxçıvanda təhsil sahəsindəki genişmiqyaslı islahatlar, şagirdlərin bilik və bacarıqlarını artırmağa yönəlmiş tədbirlər növbəti tədris ilində də davam etdiriləcək.
 
"İstedadlı şagirdlərin aşkarlanması, müəllimlərin peşəkar və təlim bacarıqlarının artırılması, məktəblər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, qiymətləndirmə mərkəzinin yaradılması, “Rəqəmsal bacarıqlar”, “Məktəblinin dostu” layihələrinin tətbiqi, həmçinin Təhsil Nazirliyinə tabe müəssisələrdə mühasibatlıq sisteminin səmərəli və şəffaf idarə olunması üçün 1C proqramına tam keçidin təmin olunması qarşıdakı hədəflərimizdir", - deyə Elxan Nəcəfov qeyd edib.
 
Aygün HÜSEYN
Naxçıvan bürosu