Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Yavərbəy Abdullayev Macarıstanın Tata şəhərində keçirilən gənclər arasında şotokan karate üzrə XIV Avropa çempionatının qalibi olub.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, tələbə 84 çəki dərəcəsində mübarizə aparıb. O, eyni zamanda böyüklər arasında komanda yarışlarında l yerə layiq görülüb.
 
Yavərbəy Abdullayev 10 ildən artıqdır ki, karate üzrə Azərbaycan millisinin üzvüdür.