Nazirlik tam olaraq rəqəmsal sistemə keçib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, nazirliyin nailiyyətləri də buna imkan verir: “Əksər hallarda bu proses rəqəmsal aparılır. Bu bəlkə də, 90 faizdən yuxarıdır”.
O qeyd edib ki, bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil: “Müxtəlif səbəblərdən keçid dövründə çox az sayda universitetlər tələbələrdən kağız üzərində də sənədlər tələb ediblər. İstənilən halda, bu proses portal.edu.az üzərində aparılır, digərlərinə ehtiyac yoxdur. Hesab edirəm ki, növbəti illərdə proses tamamilə rəqəmsallaşacaq”.
Günel ABBAS