“Bu gün Azərbaycanda ADA, Bakı Ali Neft Məktəbi və Qarabağ Universiteti kimi yeni nəsil universitetlər yaranır”.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxışı zamanı deyib. 
 
O qeyd edib ki, digər universitetlərdə də ölkə rəhbərliyinin göstərişlərinə uyğun olaraq çoxsaylı islahatlar gedir: “Şübhəsiz, bu islahatların əsas məqsədi yerli universitetləri xarici universitetlərlə rəqabətə hazırlamaqdır. Bu baxımdan bugünkü platformanın xaricdəki alimlərin prosesə cəlb edilməsi üçün böyük əhəmiyyəti var”.
 
 
Günel ABBAS