Bu yeni tədris ilini əvvəlki illərdən fərqləndirən istiqamətlərdən biri də ondan ibarətdir ki, biz yeni tədris ilindən artıq Şuşada, Xankəndidə, Xocalıda, Kərkicahan qəsəbəsində də yeni məktəblərin açılışı ilə tədrisə başlayacağıq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə keçirilən ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.
"Şuşada 200-ə, Xankəndidə isə 300-ə yaxın şagird artıq məktəblərə qəbul olunub və şagirdlər yeni tədris ilindən burada təhsil ala biləcəklər", - deyə agentlik direktoru əlavə edib.
Aişə MƏMMƏDOVA,
Qazax-Tovuz üzrə regional təmsilçi