Elm və Təhsil Nazirliyi akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) tədqiqatçılarının “Clarivate Analytics” (Web of Science) bazasında indeksləşdirilən jurnallarda dərc olunan məqalələrinin və onlara edilən istinadların sayı artıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Aşqarlar Kimyası İnstitutundan məlumat verilib.
 
İnstitutun icraçı direktoru professor Əfsun Sucayevin verdiyi məlumata görə, AKİ alimlərinin 2022-2024-cü illər üzrə olmaqla son 3 ildə beynəlxalq bazaya daxil olan Q1, Q2, Q3 və Q4 kvartilli jurnallarda 27 tədqiqat işi dərc olunub və dünya miqyasında digər tədqiqatçılar tərəfindən bu məqalələrə 73 dəfə istinad edilib. Q1 kvartilli jurnallarda 2, Q2 kvartilli jurnallarda 7, Q3 kvartilli jurnallarda 10, Q4 kvartilli jurnallarda 8 məqalə dərc olunub.