Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti 1200 tələbə və 150 nəfərlik pedaqoji və inzibati heyəti ilə yeni tədris ilinə başlayacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu AzTV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, Qarabağ Universitetində artıq tədris prosesinə hazırlıq işləri yekunlaşıb.