Ofelya Salmanova Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri vəzifəsinə təyin edilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsilin İnkişafı Fondundan məlumat verilib.
 
O.Salmanova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin "Riyaziyyat" ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə həmin universitetdə "Həndəsə" ixtisası üzrə magistratura təhsili alıb.
 
O, 2018-2021-ci illərdə Şəmkir rayonu Qaranüy kənd məktəbində riyaziyyat müəllimi kimi, daha sonra isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışıb.