Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Haliç Universiteti arasında anlaşma memorandumu imzalanıb.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, sənədi BDU-nun rektoru Elçin Babayev və Haliç Universitetinin rektoru Nihat İnanç imzalayıb.
 
Memorandum universitetlər arasında təhsil və tədqiqat sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyır. Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
 
Əsası 1998-ci ildə əsası qoyulmuş Haliç Universiteti Türkiyənin ən nüfuzlu universitetlərindən biridir. Haliç Universitetində 17 mindən çox tələbə təhsil alır.