AzTU rektoru Vilayət Vəliyev və beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov Pakistana səfər çərçivəsində beynəlxalq reytinq sistemlərində Pakistan üzrə birinci yerdə olan Quiad-i-Azam Universitetinin (QAU) rektoru Niyaz Əhməd Axtar və yüksək reytinqli tədqiqatçıları ilə görüşüblər.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədqiqat universiteti kimi təsis olunmuş Quiad-i-Azam Universiteti və AzTU arasında görüşün əsas hədəfi sənaye əhəmiyyətli birgə keyfiyyətli tədqiqatlar aparılmaqla peşəkar tədqiqatçılar arasında mübadilə, magistrant və doktorant tələbələrə birgə rəhbərlik, eləcə də birgə layihələrin həyata keçirilməsi olub.
 
Görüş çərçivəsində tədris, tədqiqat və innovasiyalar istiqamətində razılaşdırılmış birgə əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumu imzalanıb.