Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 30-da Balakən şəhərində vətəndaşları qəbul edəcək.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbulda Balakən, Şəki, Qax, Zaqatala, Oğuz və Qəbələ sakinləri iştirak edə bilərlər. Həmin şəhər və rayonların sakinləri sentyabrın 15-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.
 
Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.