Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərdə əməkdaşlıq çərçivəsində Sidneydə Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mayk Frilander (Dr.Mike Freelander) ilə görüşüb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.
 
Qeyd olunub ki, görüşdə tərəflər əməkdaşlığın əsas sahələrini və qlobal iqlim problemlərinin həllində hər iki ölkənin oynadığı rolu müzakirə edib.