Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 5-ci nömrəsini və “Keçid balları – 2023 (tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə)” xüsusi buraxılışını nəşr edib
 
DİM-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, “Abituriyent” jurnalının 5-ci nömrəsində 2024/2025-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar dərc edilib.
 
“Keçid balları – 2023 (tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssiləri üzrə)” xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2023-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları dərc edilib.
 
Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
 
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə və orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.