Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2023-2024-cü tədris ili üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 12 elektron resursuna qoşulub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə nazirlikdən məlumat verilib.
 
Bildirilib ki, elektron resurslara qoşulmaqda məqsəd idaretmənin təkmilləşdirilməsi, şəffaflığın, səmərəliyin təmin edilməsi, vətəndaş məmnunluğunun artırılması və onların müraciət imkanlarının operativ cavablandırılmasıdır.