“Rəqəmsal bacarıqlar” təmayül siniflərində təhsil alan 77 nəfər şagird bu il layihənin ilk məzunu adını qazanıb
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
2022–2023-cü tədris ilindən layihə çərçivəsində informasiya texnologiyaları sahəsində təhsilini davam etdirmək istəyən şagirdlər üçün informatika fənninin dərindən tədris olunduğu ixtisaslaşdırılmış “Rəqəmsal bacarıqlar” təmayüllü siniflər açılıb və qəbul imtahanları başladılıb. İmtahanlardan uğurlu nəticə əldə edərək bu siniflərdə təhsilini davam edən 77 nəfər şagird layihəyə ilk qoşulan şagirdlərdir. Bu il onlar artıq məzun adını qazanıb.
 
Yeni tədris ilində layihə ölkənin 59 şəhər və rayonunda, 2-ci sinifdən 11-ci sinfə qədər təhsil alan 500000 şagirdi əhatə edəcək.
 
Qeyd edək ki, şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədilə 2017-ci ildən etibarən “Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilir.