“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsinə sənəd qəbulu avqustun 26-da başa çatacaq.  

"Azərbaycan müəllimi" xəbər verir ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmış uşaqları bu təhsilə cəlb etməkdir.  
 
Qeyd edək ki, icma əsaslı məktəbəqədər təhsil xidmətləri müvafiq qaydalar çərçivəsində müxtəlif məkanlarla yanaşı, ailələrdə də təşkil oluna bilər. Bu zaman uşaq sayının 7 nəfər olması, eləcə də uşaqların məktəbəqədər təhsilə cəlb ediləcəyi məkanın ölçüsünün, təhlükəsizlik və sanitar-gigiyena şəraitinin müvafiq norma və normativlərə cavab verməsi mütləqdir. Şəxsi evində uşaqların məktəbəqədər təhsilə cəlb olunmasını təmin edəcək tərbiyəçilərin ən azı 1 məktəbəqədəryaşlı övladının olması isə üstünlükdür.
 
Qrant müsabiqəsi barədə ətraflı məlumatla keçid vasitəsilə tanış olmaq mümkündür.