Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi bal istehsalına başlayacaq. Bu barədə “Azərbaycan müəllimi”nə  mərkəzdən məlumat verilib.
 
Bildirilib ki, təqdimatına hazırlaşdıqları məhsul dövlət-özəl tərəfdaşlığı çərçivəsində hazırlanır.
 
Birgə təqdim ediləcək məhsulların siyahısı da formalaşıb. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov bu əməkdaşlığın daha da genişlənəcəyini deyib: “Tərəfdaşlıq çərçivəsində apiterapiyanın tətbiqinə başlamışıq. GPS-lə təchiz olunmuş tərəzilərin istehsalı da nəzərdə tutulur. Hədəfimiz təkcə bal istehsalı deyil. Çalışırıq ki, kiçik bir arıçılıq akademiyasının da əsasını formalaşdıraq. Burada arıçılıq sahəsində ən yeni biliklər, innovativ həllər tətbiq edərək, yeni layihələr hazırlamaq və ölkəmizdə arıçılığın inkişafına dəstək göstərmək niyyətindəyik”.
 
Ruhiyyə DAŞSALAHLI