Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə qəbul aparılıb. Avqustun 9-dan başlayaraq valideyn və ya qanuni nümayəndə tərəfindən şagirdlərin qəbul olunduğu təhsil müəssisələrinə sənədlər təqdim edilib.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, avqustun 16-sı saat 15:00-dək sənədləri lisey və ya gimnaziyalara təqdim edilməyən şagirdlərin qəbulu etibarsız sayılacaq və sorğuları silinəcək.
 
Lisey seçimlərinin ikinci mərhələsi avqustun 19-da başlanacaq.