Lisey və gimnaziyalara qəbul olmuş şagirdlərin I mərhələ üzrə şəxsi işlərinin təqdim edilməsi prosesi başa çatır | |
Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə qəbul aparılıb. Avqustun 9-dan başlayaraq valideyn və ya qanuni nümayəndə tərəfindən şagirdlərin qəbul olunduğu təhsil müəssisələrinə sənədlər təqdim edilib.
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, avqustun 16-sı saat 15:00-dək sənədləri lisey və ya gimnaziyalara təqdim edilməyən şagirdlərin qəbulu etibarsız sayılacaq və sorğuları silinəcək.
Lisey seçimlərinin ikinci mərhələsi avqustun 19-da başlanacaq.
|
|
16.08.2024 | 12:20 | |
|
|
|