"Qardaş Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa yeni töhfə olan Türkiyə–Azərbaycan Universiteti (TAU) artıq yeni tədris ilindən tələbələrini qarşılamağa tam hazırdır".
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev paylaşım edib.
 
O qeyd edib ki, Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərəcək TAU-da Orta Şərq Texniki Universiteti (ODTÜ) ilə birgə kompüter mühəndisliyi, İstanbul Texniki Universiteti ilə birgə sənaye mühəndisliyi və Hacettepe Universiteti ilə birgə qida mühəndisliyi ixtisasları üzrə tədris təşkil olunacaq:
 
"Gənclərimizi ali təhsil sahəsində həyata keçirilən belə əhəmiyyətli layihələrdən fəal şəkildə yararlanmağa çağırıram. Ölkəmiz və təhsilimiz üçün uğurlu olsun!"